ABŞ 2026 Dünya Kuboku öncəsi hava limanlarında “Ebola” virusuna nəzarətini gücləndirir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sərnişinlər üçün əlavə yoxlamalar tətbiq olunacaq.
Riskli ölkələrdən gələn sərnişinlər xüsusi müayinədən keçiriləcək. Sağlamlıq qurumları geniş hazırlıq planı hazırlayıb. Məqsəd böyük turnir zamanı yoluxmanın qarşısını almaqdır.
//Nəzər.Media
