Rumıniyanın Köstəncə limanında pilotsuz dəniz aparatı aşkar edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qısa müddət sonra limanda partlayış baş verib.
Hadisədə ölən və yaralanan olmayıb. Limanda “qırmızı müdaxilə planı” tətbiq olunub. Rəsmilər hadisənin səbəbini araşdırır.
//Nəzər.Media
