ABŞ-li jurnalist Tomas Pauken Çin üçün casusluq etdiyini etiraf edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pauken ABŞ rəsmilərinə məlumat ötürmək üçün rüşvət verdiyini bildirib.
Məlumata görə, o, Çin hökuməti ilə bağlı şəxslərlə əməkdaşlıq edib. Pauken 10 ilə qədər həbs cəzası ala bilər. İş üzrə məhkəmə prosesi davam edir.
//Nəzər.Media
