BMT El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, mütəxəssislər qlobal istilərin daha da artacağını bildirirlər.
Bu proses quraqlıq, daşqın və digər ekstremal hava hadisələrinə səbəb ola bilər. Ən böyük təsirin Asiya ölkələrində hiss olunacağı gözlənilir. Alimlər ölkələri mümkün risklərə hazır olmağa çağırırlar.
//Nəzər.Media
