Xorvatiyanın İstriya bölgəsində kiçik təyyarə qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Medulin qəsəbəsi yaxınlığında baş verib.
İlkin məlumata görə, 4 nəfər həyatını itirib. Daha 2 nəfərin itkin düşdüyü bildirilir. Qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
