Fransa hərbi təyyarələri Baltik bölgəsində 11 dəfə havaya qaldırılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məqsəd Rusiya hərbi təyyarələrinin qarşısını almaq olub.
Fransa bu halları təxribat kimi qiymətləndirib. Bildirilib ki, bəzi Rusiya təyyarələri uçuş qaydalarına əməl etməyib. Hadisə NATO ölkələrində narahatlığı artırıb.
//Nəzər.Media
