Böyük Britaniyada hərbi helikopter qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qəzada 3 hərbçi həlak olub.
Ölənlər arasında Kral Donanmasının yeganə qadın komandosu Lili-Mey Fiçer də var. Müdafiə Nazirliyi digər iki hərbçinin adlarını da açıqlayıb. Qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
