ABŞ-ın NATO-nun Avropadakı fəaliyyətinə ayırdığı hərbi qüvvələri azaltmağı planlaşdırdığı bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, döyüş təyyarələrinin və kəşfiyyat vasitələrinin sayı azaldılacaq.
Bəzi yanacaq doldurma təyyarələri və hərbi gəmilər də Avropadan çıxarıla bilər.Bu addımın NATO-nun əməliyyat imkanlarına təsir göstərə biləcəyi qeyd olunur.Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Nəzər.Media
