Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüş Ankarada baş tutub.
Səfir eyni zamanda Suriya üzrə xüsusi nümayəndə kimi fəaliyyət göstərir. Diplomatik mənbələr görüşün işgüzar mühitdə keçdiyini bildirir.
//Nəzər.Media
