Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Səfər 16-17 iyun tarixlərində baş tutacaq.
Onun Vladimir Putin və Sergey Lavrovla görüşü planlaşdırılır. Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Türkiyə-Rusiya münasibətlərinin inkişafı əsas mövzulardan olacaq.
//Nəzər.Media
