İsveçrədə keçirilən səsvermədə miqrasiyanı məhdudlaşdıran təklif qəbul edilməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, seçicilərin təxminən 55 faizi layihəyə yox deyib.
Təklif ölkə əhalisini 2050-ci ilə qədər 10 milyonla məhdudlaşdırmağı nəzərdə tuturdu. Sənəd sağçı İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülmüşdü. Hökumət hazırkı artım siyasətinin davam etdiriləcəyini bildirir.
//Nəzər.Media
