ABŞ-ın Los-Anceles şəhərində anbarda yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qalxan tüstü şəhər səmasını bürüyüb.
Rəsmilər yaxınlıqda təhlükəli maddələrin ola biləcəyi barədə xəbərdarlıq ediblər.Sakinlərə evlərdə qalmaları və pəncərələri bağlı saxlamaları tövsiyə olunub. Yanğının dam hissəsində söndürüldüyü bildirilib.
//Nəzər.Media
