ABŞ və İran arasında əldə olunan razılaşma İsraildə narazılıq yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İsrail mətbuatı bunu Təl-Əviv üçün uğursuzluq kimi qiymətləndirib.
“Haaretz” qəzeti Baş nazir Benyamin Netanyahunun siyasi mövqeyinin zəiflədiyini yazıb.Məlumata görə, İsrail danışıqlarda təsir imkanlarını itirməkdən ehtiyat edir. Müzakirələr fonunda Netanyahunun gələcəyi ilə bağlı suallar artıb.
//Nəzər.Media
