ABŞ nümayəndəsi Tom Barrak Ərbildə SDQ rəhbəri Məzlum Abdi ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Barrak SDQ-nin PKK ilə əlaqələrini tam dayandırmasını tələb edib.
Barrak həmçinin PKK üzvlərinin Suriyadan çıxarılmasını istəyib. Görüşdə neft gəlirlərinin bölüşdürülməsi məsələsi də müzakirə olunub. Tərəflər yeni neft kəməri layihəsini də nəzərdən keçiriblər.
//Nəzər.Media
