Ukrayna Moskva istiqamətində genişmiqyaslı hava hücumu həyata keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı paytaxtın əsas neft emalı müəssisələrindən biri zərər görüb.
Hadisə səbəbindən bir neçə hava limanında uçuşlar dayandırılıb. Rusiya tərəfi yüzlərlə pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Hücumun vurduğu ziyanın milyardlarla dollar olduğu bildirilir.
//Nəzər.Media
