• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Respublika Qan Bankında nə baş verir ?- QHT sədri Fuad Əsgərov həyacan təbili çaldı

19 İyun, 26 / 13:45
A A
Respublika Qan Bankında nə baş verir ?- QHT sədri Fuad Əsgərov həyacan təbili çaldı

Son günlərdə sosial şəbəkələrdə Respublika Qan Bankı ilə bağlı şikayət məlumatları yayılıb. Nəzər.Media xəbər verir ki, bəzi valideynlər iddia edib ki, qan xərçəngindən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsində həyati əhəmiyyət daşıyan eritrosit kütləsinin hazırlanması və emalında istifadə olunan AFERES aparatı işləmir.

Məsələ ilə bağlı Qan Donorları Assosiasiyası İB-nin sədri Fuad Əsgərov özünün “facebook” sosial şəbəkə profilində status paylaşıb:

“Xərçəng xəstəliyi sadə bir xəstəlik deyil. Bu xəstəlik insanlara yalnız fiziki ağrı və iztirab yaşatmır, eyni zamanda ağır psixoloji gərginlik də yaradır. Biz illərdir talassemiya və hemofiliya ilə mübarizə aparan insanlara dəstək göstərməklə yanaşı, leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən uşaqların həyatını qorumaq uğrunda da mübarizə aparırıq. Tərəfimizdən həyata keçirilən #AğrıyaQarşı #NəfəsAl layihəsi də məhz bu məqsədə xidmət edir.

Son günlər Respublika Qan Bankı ətrafında yaranan xoşagəlməz xəbərlər bizi dərindən narahat edir. Çünki biz bir uşağın həyatının xilas olunması üçün illərdir bütün imkanlarımızı səfərbər etmişik. Qan Bankında yaranan hər hansı texniki nasazlıq və ya çatışmazlıq onlarla, bəlkə də yüzlərlə uşağın həyatını risk altında qoya bilər.

Ölkənin səhiyyə sistemində məsul vəzifələr daşıyan şəxslər üzərlərində nə qədər ağır və taleyüklü məsuliyyət olduğunu dərindən dərk etməlidirlər. Söhbət sadəcə bir qurumun fəaliyyətindən deyil, insanların həyatından, uşaqların gələcəyindən və ölkənin genofondunun qorunmasından gedir.

Ölkənin genofondu toxunulmazdır! Övladlarımızın həyatı toxunulmazdır! Mən hər dəfə qan çatışmazlığı, qan komponentlərinin əldə olunmasında yaranan problemlər və ya süni maneələr barədə eşidəndə dərin təəssüf hissi keçirirəm. Çünki bu məsələlərin arxasında statistik rəqəmlər deyil, yaşamaq uğrunda mübarizə aparan uşaqların taleyi dayanır. Hər bir gecikmə, hər bir səhlənkarlıq və hər bir texniki problem kiminsə həyatı bahasına başa gələ bilər. Buna görə də bu sahədə fəaliyyət göstərən hər kəs öz məsuliyyətini maksimum səviyyədə dərk etməli və insanların sağlamlığını hər şeydən üstün tutmalıdır.” deyə Fuad Əsgərov öz statusunda qeyd edib.

Nəzər.Media olaraq yayılmış məlumatlarla bağlı Respublika Qan Bankının da mövqeyini öyrəndik. Respublika Qan Bankından sorğumuza cavab olaraq bildirildi ki, hazırda qurumda olan tibbi aparatların heç birində problem yoxdur. Sosial şəbəkələrdə yayılan məlumatların əsassız olduğu bildirilib.

Qeyd edək ki, bu yayın həddindən artıq isti keçəcəyi proqnozlaşdırılır. Bu isə qana ehtiyacı olan pasiyentlərin narahatlığına səbəb olub.

Nəzər.Media-nın bu məsələ ilə bağlı Respublika Qan Bankına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yay mövsümündə qan təminatı ilə bağlı hər hansı problem gözlənilmir. Qurumdan qeyd olunub ki, Respublika Qan Bankının qan ehtiyacı olan şəxslərin təminatı üçün daim kifayət qədər qan resursu mövcuddur.

//Nəzər.Media

Previous Post

Portativ enerji qurğusu partladı

Next Post

Əməkdar artist Nigar Camal üçün "Matanı" oxudu, tənqid olundu -VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.