Qazaxıstanda qadının çantasındakı portativ enerji qurğusu partlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə idman zalında baş verib.
Partlayışdan sonra qadının üzərində alov yaranıb. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
//Nəzər.Media
