Böyük Mançesterin meri Endi Börnhem Böyük Britaniyada baş nazir postuna əsas namizədlərdən biri kimi göstərilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Börnhem hakim Leyboristlər Partiyasının liderliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Börnhem xüsusilə COVID-19 dövründə Mançesterin maraqlarını müdafiə etməsi ilə tanınıb.Tərəfdarları onun seçicilərlə partiya arasında əlaqələri gücləndirə biləcəyini bildirirlər.İngiltərə siyasətində “Şimalın kralı” ləqəbi ilə tanınan siyasətçinin gələcəyi diqqətlə izlənilir.
//Nəzər.Media
