Yeniyetmə badmintonçumuz Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb.
Leyla Camalzadə qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15). 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Leyla 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19).
Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).
