İsrail mətbuatında yayılan məlumatlar narahatlıq yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Binyamin Netanyahu ABŞ rəsmiləri ilə əlaqələri gücləndirməyə çalışır.
Məqsəd Vaşinqtonun İranla bağlı qərarlarına təsir göstərməkdir. Bu fonda Donald Trampın İrana yönəlik sərt açıqlamalarının arxasında İsrailin təzyiqlərinin dayandığı iddia olunur. İran isə Hörmüz boğazında nəzarəti əlində saxlayacağını bəyan edib.
//Nəzər.Media
