Britaniya taxtının varisi Şahzadə Uilyam 44 yaşını qeyd edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu il onun ad günü Atalar Günü ilə eyni tarixə təsadüf edib.
Şahzadə Keyt və övladları onu xüsusi mesajla təbrik ediblər. Paylaşımda Uilyam dünyanın ən yaxşı atası adlandırılıb. Təbriklə birlikdə ailəyə məxsus yeni foto da yayımlanıb.
//Nəzər.Media
