Avropada müşahidə olunan güclü isti hava dalğası ilə əlaqədar olaraq bir sıra ölkələrdə temperatur rekordları qeydə alıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İngiltərənin Qosport şəhərində havanın temperaturu 36,1 dərəcəyə çatıb.
Fransanın bəzi bölgələrində isə göstərici 43 dərəcəni keçib. İsti hava səbəbindən muzeylər bağlanıb, tədbirlər ləğv edilib. Bir neçə ölkədə yüksək hazırlıq rejimi elan olunub.
//Nəzər.Media
