Alimlər Yer kürəsindən təxminən 1110 işıq ili uzaqlıqda iki nəhəng planet aşkar ediblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, araşdırmaya Böyük Britaniya və Fransa alimləri rəhbərlik edib.
Mütəxəssislərin sözlərinə görə, bu planetlərin sıxlığı pambıq şəkərdən də aşağıdır. Kəşf NASA-nın və müxtəlif teleskopların topladığı məlumatlar əsasında edilib. Tədqiqat astronomiya sahəsində maraqla qarşılanıb.
//Nəzər.Media
