Kamboca Taylandın sərhəd xəttində yeni nişanlar yerləşdirdiyini iddia edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Banqkok rəhbərliyinə rəsmi etiraz notası təqdim olunub.
Phnompen bu addımın ölkənin ərazi bütövlüyünü pozduğunu bildirib. Kamboca sözügedən fəaliyyətlərin dərhal dayandırılmasını tələb edib. İki ölkə arasında sərhəd mübahisəsi uzun illərdir davam edir.
//Nəzər.Media
