Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində neft tankerinə müdaxilə edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, gəminin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi gizli donanmaya aid olduğu düşünülür.
Fransa Prezidenti Emmanuel Makron əməliyyatın Siciliya yaxınlığında həyata keçirildiyini açıqlayıb.Rəsmi Paris Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verməyəcəyini bildirib.
Qeyd edək ki, Avropa İttifaqı uzun müddətdir bu tip gəmilərə qarşı məhdudiyyətlər tətbiq edir.
//Nəzər.Media
