Fransada aparılan araşdırma qan qrupu ilə diabet riski arasında əlaqə olduğunu göstərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tədqiqatda B müsbət qan qrupuna sahib şəxslərdə riskin daha yüksək olduğu müəyyən edilib.
Ən aşağı risk isə 0 mənfi qan qrupunda qeydə alınıb. Alimlər bunun immun sisteminin fəaliyyəti və maddələr mübadiləsi ilə bağlı ola biləcəyini bildirirlər. Mütəxəssislər sağlam qidalanma və müntəzəm müayinələrin vacibliyini vurğulayırlar.
//Nəzər.Media
