NATO-nun Baş katibi Mark Rutte Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rutte ASELSAN-ın NATO ölkələri üçün mühüm töhfə verdiyini bildirib.
Rutte Ankarada keçiriləcək zirvədə müdafiə sənayesinin əsas mövzulardan biri olacağını deyib. Onun sözlərinə görə, Türkiyənin bu sahədəki inkişafı bütün alyansa fayda verəcək.
//Nəzər.Media
