Ukrayna Prezidenti Volodimir Zelenski yeni açıqlama yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti 40 günlük hücum planını təsdiqlədiyini açıqlayıb.
O bildirib ki, plan Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyır. Hücumların Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcəyi qeyd olunub. Zelenski planın Rusiyadakı hədəflərə qarşı yönələcəyini bildirib.
//Nəzər.Media
