2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra bombardirlər siyahısında Argentina millisinin kapitanı Lionel Messi liderliyini qoruyub.
Messi keçirdiyi oyunlarda vurduğu 6 qolla ilk pillədə qərarlaşıb. Onu hərəyə 4 qolla Fransa millisinin futbolçuları Kilian Mbappe və Usman Dembele, Braziliya yığmasının üzvü Vinisius Junior, eləcə də Norveç millisinin hücumçusu Erlinq Haaland izləyirlər.
Bombardirlər siyahısının ilk “15-liyi” belədir:
Lionel Messi (Argentina) – 6 qol
Kilian Mbappe (Fransa) – 4 qol, 2 assist
Usman Dembele (Fransa) – 4 qol, 1 assist
Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist
Erlinq Haaland (Norveç) – 4 qol
Deniz Undav (Almaniya) – 3 qol, 2 assist
Yohan Manzambi (İsveçrə) – 3 qol, 1 assist
İsmaila Sarr (Seneqal) – 3 qol, 1 assist
Brayan Brobbi (Niderland) – 3 qol
Mateus Kunya (Braziliya) – 3 qol
İsmail Saibari (Mərakeş) – 3 qol
Conatan Devid (Kanada) – 3 qol
Harri Keyn (İngiltərə) – 3 qol
İlayca Cast (Yeni Zelandiya) – 3 qol
Yoan Vissa (Konqo Demokratik Respublikası) – 3 qol.
//milli.az
