DÇ-2026-nın pley-off mərhələsinə hazırlaşan İsveç millisi ABŞ-ın Dallas şəhərində yerləşən “Toyota Stadium”da məşq edib.
Stadionun şərq tribunasında yenidənqurma işləri davam etdiyindən arena hazırda qismən sökülmüş vəziyyətdədir. Buna baxmayaraq, İsveç yığması məşqini məhz bu yarıuçulmuş stadionda keçirib.
Qeyd edək ki, videonu FIFA yayıb.
İsveç millisi DÇ-2026-nın 1/16 final mərhələsində Fransa ilə qarşılaşacaq.
Bu gönderiyi Instagram’da gör
//Qol.az
