Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, indiyədək 197 yoluxma halı qeydə alınıb.
Xəstəlik nəticəsində 24 nəfər həyatını itirib. Hakimiyyət orqanları təcili profilaktik tədbirlərə başlayıb. Əhaliyə gigiyena qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
//Nəzər.Media
