Mütəxəssislər arıqlama iynələri ilə bağlı vacib xəbərdarlıq ediblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bəzi yan təsirlər yoğun bağırsaq xərçənginin əlamətləri ilə oxşarlıq təşkil edir.
Bu səbəbdən xəstəliyin diaqnozu gecikə bilər. Həkimlər nəcisdə qan, davamlı qarın ağrısı və səbəbsiz çəki itkisinin ciddi araşdırılmasını tövsiyə edirlər.
//Nəzər.Media
