Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Misir Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Mahmud Rəşadla görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,daha sonra tərəflər Həmas rəsmiləri Xalid Məşəl, Xəlil əl-Həyyə və Məhəmməd Həsənlə bir araya gəlib.
Görüşdə Qəzza zolağında daimi atəşkəs və sülh prosesinin müzakirə edildiyi bildirilib.Məlumata görə, HƏMAS nümayəndələri planın həyata keçirilməsinə dəstək verdiklərini açıqlayıblar.
//Nəzər.Media
