MİT-in rəhbəri İbrahim Kalın Bağdadda İraq Prezidenti Nizar Əmidi, Ali Məhkəmə Şurasının sədri Faik Zeydan, Milli Təhlükəsizlik müşaviri Basim əl-Bədri, Təqaddüm Partiyasının sədri Məhəmməd Halbusi və İraq parlamentinin sədri Heybət əl-Halbusi ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşlərdə təhlükəsizlik, kəşfiyyat sahəsində əməkdaşlıq və terrorla mübarizə məsələləri müzakirə olunub.
Tərəflər məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. İbrahim Kalının İraqdakı təmaslarının davam edəcəyi bildirilib.
//Nəzər.Media
