Roma Papası XIV Leo İsveçrədə fəaliyyət göstərən dini qrupa xəbərdarlıq məktubu göndərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, XIV Leo Papanın razılığı olmadan yeni yepiskopların təyin edilməməsini istəyib.
Papa bu addımın kilsədə parçalanmaya səbəb ola biləcəyini bildirib.Məlumata görə, xəbərdarlıqlara baxmayaraq, təyinat mərasiminin keçirilməsi planlaşdırılır.
//Nəzər.Media
