Qətər və Türkiyə peyk rabitəsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, saziş Doha şəhərində keçirilən mərasimdə rəsmiləşdirilib.
Layihə çərçivəsində “Es’hail-3/Türksat-Biruni” adlı yeni rabitə peyki hazırlanacaq.Yeni peykin imkanlarından hər iki ölkə birgə istifadə edəcək.
//Nəzər.Media
