Yeni peyk görüntüləri İranın hücumunun gözləniləndən daha ciddi nəticələr doğurduğunu üzə çıxarıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Bəhreyndəki ABŞ hərbi bazasında bir neçə bina və rabitə infrastrukturu zərər görüb.
Bildirilir ki, Pentaqon Yaxın Şərqdəki hərbi mövqelərini yenidən qiymətləndirir. Bəzi ekspertlər isə hadisələrin arxasında daha geniş geosiyasi planların ola biləcəyini iddia edirlər. ABŞ tərəfi hücum zamanı hərbçilər arasında itki olmadığını açıqlayıb.
//Nəzər.Media
