İstanbulda 5 min nəfərin iştirakı ilə horon(yallı) oynanılaraq yeni dünya rekordu qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Yunanıstan mətbuatında geniş müzakirələrə səbəb olub.
Bəzi yunan nəşrləri horonun yunan mədəniyyətinə aid olduğunu iddia ediblər. Türkiyə isə gələn il 15 min nəfərlə zeybək üzrə yeni rekord vurmağı planlaşdırdığını açıqlayıb.
//Nəzər.Media
