Yunanıstan mətbuatı ABŞ-də Türkiyə ilə bağlı siyasi mühitin dəyişdiyini yazıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Donald Trampın müdafiə sahəsində Türkiyə ilə əməkdaşlığı genişləndirməsi Yunan lobbisini narahat edib.
Bildirilir ki, Konqresdə Türkiyə əleyhinə bəzi təşəbbüslərə dəstək əvvəlki qədər güclü deyil. Yunan nəşri bu vəziyyətin Ankara üçün üstünlük yarada biləcəyini qeyd edib.
//Nəzər.Media
