Livanın cənubundakı Rumeyş qəsəbəsinin meri Hanna Amil Benyamin Netanyahunun iddialarını təkzib edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Amil bildirib ki, heç bir xristian yaşayış məntəqəsi İsrailə birləşmək istəməyib.
Mer belə bir fikrin ümumiyyətlə mümkün olmadığını vurğulayıb. Amil həmin yaşayış məntəqələrinin Livanın ayrılmaz hissəsi olduğunu və ölkəyə sadiq qaldığını deyib.
//Nəzər.Media
