Şri-Lankanın həbsxanasında iğtişaş baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ixtişaş Neqombo həbsxanasında baş verib.
Hadisə nəticəsində 7 nəfər həyatını itirib. Ölənlər arasında 3 mühafizəçi və 4 məhbus var. İğtişaş zamanı daha 70-dən çox nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
//Nəzər.Media
