Fransanın şimal-şərqində yerləşən Lalik Muzeyində oğurluq baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, maskalı şəxslər muzeyə daxil olaraq giriş qapısını və bir neçə vitrini sındırıblar.
Onlar məşhur zərgərlik ustası Rene Lalikə məxsus milyonlarla avro dəyərində zinət əşyalarını aparıblar. Muzey rəhbərliyi oğurlanan eksponatların nadir nümunələr olduğunu bildirib. Hadisə zamanı təhlükəsizlik sistemi işlək vəziyyətdə olub. Polis faktla bağlı cinayət işi açıb və oğruların axtarışını davam etdirir.
//Nəzər.Media
