Rusiya hərbi təyyarəsi Britaniyanın “Uels şəhzadəsi” təyyarədaşıyan gəmisinə yaxınlaşıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yaxınlaşm gərginlik yaradıb.
Hadisədən sonra Britaniyanın F-35 qırıcıları havaya qaldırılıb. Rusiya təyyarəsi bölgədən uzaqlaşdırılıb və müşayiət edilib. London bu uçuşu təhlükəli və peşəkarlığa uyğun olmayan davranış adlandırıb. Bildirilir ki, Rusiya təyyarəsi dənizə izləmə avadanlıqları da buraxıb. Britaniya bunu kəşfiyyat fəaliyyəti kimi qiymətləndirib. Hadisə Şimal Buzlu okeanı bölgəsində baş verib.
//Nəzər.Media
