ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi öncəsi Volodimir Zelenski və Vladimir Putinlə telefonla danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ilk danışıq Ukrayna Prezidenti Zelenski ilə baş tutub.
Tərəflər müharibənin dayandırılması məsələsini müzakirə ediblər. Onlar görüşü Ankarada keçiriləcək NATO Zirvəsində davam etdirmək barədə razılığa gəliblər.
Daha sonra Tramp Putinlə də 90 dəqiqəlik telefon danışığı aparıb. Kreml Rusiyanın münaqişənin diplomatik yolla həllinə hazır olduğunu bir daha bəyan edib.
//Nəzər.Media
