• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - VİDEO

06 İyul, 26 / 22:01
A A
Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - VİDEO

Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılmaqdadır. Qeyd edək ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılmış, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən operativ araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi.

Həmin araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalmasını təmin etmək məqsədilə müvafiq işlər aparılır.

Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür.

Araşdırmanın nəticələrinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilmişdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ictimaiyyəti yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırır.

 

//milli.az

Previous Post

Bakıda küləklə bağlı sarı xəbərdarlıq edildi

Next Post

Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.