• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar

06 İyul, 26 / 22:04
A A
Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası daimi xarakter daşıyan əmək funksiyası üzrə işçi ilə qanuni əsas olmadan müddətli əmək müqaviləsinin bağlanmasının yolverilməz olduğu barədə mühüm hüquqi mövqe ortaya qoyub.

Qərar müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi ilə bağlı mübahisə üzrə qəbul edilib.

İş materiallarına əsasən, iddiaçı eyni qurumda beş ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi ilə çalışıb. Sonradan tərəflər arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və həmin müddətin başa çatması əsas gətirilərək əmək münasibətlərinə xitam verilib. İşçi əmrin qanunsuz sayılması, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib.

Ali Məhkəmə kassasiya baxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsi əmək funksiyasının daimi xarakter daşıdığı əvvəlcədən məlum olduqda, əmək münasibətləri müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunvericilikdə nəzərdə tutulan istisna hallarda bağlana bilər.

Məhkəmə vurğulayıb ki, mübahisəli vəzifə üzrə əmək funksiyasının daimi xarakter daşıması iş materialları ilə təsdiqlənir və belə halda müddətli müqavilənin bağlanması obyektiv zərurət və ya qanuni əsaslarla izah edilməlidir.

Qərarda həmçinin qeyd olunub ki, əmək münasibətlərində “qarşılıqlı razılıq” anlayışı yalnız tərəflərin hüquqi baxımdan bərabər və sərbəst iradəsi əsasında qiymətləndirilə bilər. İşəgötürənin üstün mövqedə olduğu münasibətlərdə formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirmək üçün kifayət etmir.

Ali Məhkəmə əmək hüququnun işçilərin konstitusion hüquqlarının müdafiəsinə xidmət etdiyini, bu sahədə tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsiplərinin əsas götürülməli olduğunu da qeyd edib.

Nəticədə kassasiya şikayəti təmin edilməyib, apellyasiya instansiyası məhkəməsinin işçinin işə bərpası ilə bağlı qərarı qüvvədə saxlanılıb.

//Nəzər.Media

Previous Post

Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - VİDEO

Next Post

Bakıda işləyənlərin maaşı 1400 manata çatır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.