ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 və KAAN layihəsi üçün mühərrik satışını dəstəkləməsi Vaşinqtondakı yunan dairələrində narahatlıq yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu vəziyyət ABŞ Konqresində fəaliyyət göstərən yunan lobbisində fikir ayrılığına səbəb olub.
Yunanıstan mətbuatı qrupun ciddi daxili böhran yaşadığını yazır. Bildirilir ki, bəzi respublikaçı konqresmenlər Trampın Türkiyə siyasətinə açıq şəkildə qarşı çıxmaq istəmir. Buna baxmayaraq, Türkiyənin F-35 proqramına qayıdışının qarşısını almaq üçün yeni təşəbbüslər müzakirə olunur.
//Nəzər.Media
