Norveç şahzadəsi İnqrid Aleksandra Dünya Kubokunda komandasının paltardəyişmə otağına baş çəkib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhzadə futbolçuları qələbə münasibətilə bir-bir təbrik edib.
Şahzadə xüsusilə Erlinq Haalanda yaxınlıq göstərərək onu qucaqlayıb. Həmin görüntülər qısa vaxtda sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, Norveç Braziliyanı 2:1 məğlub edərək tarixində ilk dəfə Dünya Kubokunun dörddəbir finalına yüksəlib.
//Nəzər.Media
