Oman sahillərində tanker hücuma məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumdan sonra gəmidə yanğın baş verib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi hadisəni təsdiqləyib. Bildirilib ki, tanker naməlum obyektin zərbəsinə məruz qalıb. Hadisə nəticəsində xəsarət alan və ya həlak olan olmayıb. Ətraf mühitə də ziyan dəymədiyi açıqlanıb. Hadisə ilə bağlı araşdırma başlanıb. Bölgədən keçən gəmilərə ehtiyatlı olmaları və şübhəli halları dərhal aidiyyəti qurumlara bildirmələri tövsiyə edilib.
//Nəzər.Media
