Ankarada NATO Liderlər Zirvəsi başlayıb . Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq dünyanın diqqəti Türkiyəyə yönəlib.
Zirvədə 31 müttəfiq ölkənin lideri bir araya gələcək. Əsas müzakirə mövzuları müdafiə, təhlükəsizlik və Ukraynaya dəstək olacaq. ABŞ mətbuatı Donald Trampın Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı açıqlama verə biləcəyini iddia edib. Bununla bağlı Vaşinqton və Ankara arasında danışıqların aparıldığı bildirilir. Eyni zamanda İsrail hökuməti bu ehtimala qarşı narahatlığını gizlətmir. Beynəlxalq ekspertlər Ankara Zirvəsini NATO-nun gələcəyi üçün həlledici toplantılardan biri hesab edirlər. Onların fikrincə, qəbul ediləcək qərarlar alyansın yeni təhlükəsizlik strategiyasına istiqamət verəcək.
//Nəzər.Media
